ETSN-dən qarlı hava ilə bağlı daha bir açıqlama: "Orada qarın hündürlüyü yarım metrə çatıb”

img

24-02-2021 [09:58]


“Bakıda əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxınlaşıb. Ən çox qar respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb. Belə ki, orada qarın hündürlüyü yarım metrə çatıb”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək: “Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək və yağıntılar səngiyəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA