İSBAM Xocalı faciəsinin 29-cu il dönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR

img

23-02-2021 [17:11]


İctimai- Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Xocalı faciəsinin 29-cu il dönümü münasibəti ilə Respublika Müharibə Veteranları Təşkilatında anım tədbiri keçirib.

İSBAM mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı Mərkəz tərəfindən ölkəmizdə və xaricdə həyata keçirilən layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra İSBAM sədri Samir Adıgözəlli Xocalı soyqırımı və onun tanınması istiqamətində həyata keçirilən fəaliyyətlər haqqında çıxış etmişdir.

O, çıxışında “Xocalı soyqırımının dünyada insanlığa qarşı baş verən ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edərək, bu günə qədər bir sıra dünya ölkələri tərəfindən soyqırımının rəsmən tanındığını vurğulayıb:

"Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən çox saylı təbliğat və təşkilati tədbirlər görülmüşdür. Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif proqramlar həyata keçirilmişdir. Bu kompaniya çərçivəsində Azərbaycan ictimaiyyəti, diaspor təşkilatlarımız da fəallıq göstərmişlər. Hesab edirəm ki, faciyənin hələ də soyqırım kimi tanımamış ölkələrdə fəaliyyətimizi daha da sürətləndirməliyik. Önümüzdəki ildə soyqırımın 30-cu il dönümünü qeyd edəcəyik. Bu baxımdan bu il ərzində erməni vəhşiliyinin müasir dünyamızda analoqu olmayan, Xocalıda baş verən insanlıq cinayətinin daha çox çıxışlarımızla gündəmə gətirilməsi vacib məqamlardan biridir. Hərb meydanında olduğu kimi Ermənistanın törətdiyi cinayətləri bütün dünya tərəfindən tanınması istiqamətində gecikmədən fəaliyyətlərimizi sürətləndirməliyik.”

Samir Adıgözəlli çıxışının sonunda müharibə və diplomatıya cəbhəsində məğlub olan Ermənistanın Azərbaycanın həmlələri qarşısında aciz qaldığının və bundan belə dünya ictimaiyyətinə yalan və saxta fikir ixrac etməsinə məcal verməyəcəyimizi də bəyan edib.

Daha sonra tədbirdə Respublika Veteranlar Təşkilatının şöbə müdiri, professor Bəhram Zahidov, İSBAM sədrinin müşaviri, polkovnik Həmid Cəfərov, polkovnik Elmar Hüseynov və mayor Malik Ömərov çıxış edərək, Xocalı soyqırım qurbanlarının xatirəsini yad edərək, bu faciyənin yaddaşlardan silinməyəcəyini, cavabdehlərin mütləq tarix və beynəlxalq hüquq qarşısında cavab verəcəklərini bildiriblər.

Tədbirdə II Dünya Müharibəsi veteranları və II Qarabağ Müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.

 

img img img img
Digər xəbərlər
SON XƏBƏRLƏR
15:19 26.02.2021

Dəmir yumruq - 2