Uşaq evində böyüyən şəhid döyüşçü dəfn olundu - FOTO

img

23-02-2021 [15:09]


Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Məlumata görə, Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.

Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub/Report.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA