Gürcüstanın yeni hökumətin tərkibi bəlli oldu - SİYAHI
22-02-2021 [22:17]
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin Baş nazir postunu tutduğu yeni hökumətə etimad göstərib.
Məlumata görə, parlamentin bu gün keçirilən plenar iclasında səsvermə zamanı 89 deputat hakim “Gürcü Arzusu”nun təqdim etdiyi yeni hökumətin tərkibini dəstəkləyib.
Yerli qanunvericiliyə əsasən parlamentin hökuməti təsdiqləməsi üçün minimum 76 deputatın səsi kifayət edir. Yeni hökumətin tərkibində əvvəlkindən fərqli olaraq iki yeni nazir var. Bunlar regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladzedir.
Gürcüstanın yeni hökumətinin tam tərkibi aşağıdakı kimidir:
Xarici işlər naziri - David Zalkaliani;
İqtisadiyyat və davamlı inkişaf naziri - Natia Turnava;
Ədliyyə naziri - Qoça Lortkipanidze;
Daxili işlər naziri - Vaxtanq Qomelauri;
Regional inkişaf və infrastruktu naziri - Irakli Karseladze;
Maliyyə naziri - İvane Maçavariani;
Təhsil, elm, mədəniyyət və idman naziri - Mixeil Çxenkeli;
Qaçqın və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze;
Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri - Levan Davitaşvili; müdafiə naziri - Cuanşer Burçuladze;
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri - Tea Axvlediani.
Gürcüstan konstitusiyasına görə parlamentin yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməsindən sonra Prezident yeni Baş nazirin təyinatı ilə bağlı fərman imzalamalıdır.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü İrakli Qaribaşvili daha əvvəl 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub.
Xatırladaq ki, Baş nazir Giorgi Qaxaria fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından sonra tutduğu vəzifədən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verdiyini açıqlayıb/APA.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub