"Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində imza toplanılır

img

22-02-2021 [16:06]


Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb. 

Gənclər Fondundan Mia.az-a verilən xəbərə görə, petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və  müxtəlif ölkələrin Xarici İşlər Nazirliklərinə ünvanlanıb.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilir, Ermənistan hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi müstəvidə qiymət verilməsi tələb olunur, Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi və faciənin “soyqırım aktı” kimi qiymətləndirilməsinə çağırış edilir.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması naminə hər bir kəsi petisyanı imzalamağa çağırır!

Sözügedən petisiyanı bu linkdən imzalamaq olar:

http://justiceforkhojaly.org/petition


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA