Bu ölkədə "Qanuni oğru"lara seçki qadağası qoyuldu

img

20-02-2021 [14:44]


Qırğız Respublikasında mütəşəkkil cinayətkar qrup üzvlərinin və “qanuni oğruların” prezident və parlament seçkilərində namizəd kimi iştirakı qadağan olunur.

Məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin irəli sürdüyü bu təşəbbüs ictimai müzakirəyə çıxarılıb.

DİN “Seçkilər haqqında” və “Mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” qanunlara dəyişiklik hazırlayıb. Qurum mütəşəkkil cinayətkar qrup üzvlərinin prezident və deputatlığa namizəd olmasının qadağan etməyi təklif edir. Qanun layihələri Qırğız Respublikası hökumətinin saytında ictimai müzakirəyə çıxarılıb.

Yeni dəyişikliklərə görə, prezidentliyə namizəd MSK-ya mütəşəkkil cinayətkar qrup lideri və ya üzvü kimi qeydiyyatda olmadığına dair sənəd təqdim etməlidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq