Türkiyədə 3 nazirin oğlu həbs edildi - Yenilənib1 (SİYAHI,VİDEO, FOTO)

img

17-12-2013 [22:00]


Türkiyənin ünlü media quruluşlarından olan "Hürriyət” əməliyyatla bağlı çox ciddi detallar əldə etdiyini bildirir. Qəzet yazır ki, dindirməni aparan 3 müstəntiq əməliyyata İstanbulub baş prokuroruna xəbər vermədən başlayıb. Çox ciddi məxfilik şəraitində keçən dindirmə haqqında Milli İstintaq Səhifəsi Sistemində (bu səhifəyə Türkiyədə aparılan bütün istintaq əməlləri haqqında informasiyalar dərhal yerləşdirilir) də heç bir bilgi yoxdur.
Ankaradakı informasiyalı qaynaqlardan əldə edilən xəbərlərdə isə baş nazir Rəcəb Tayyib Ərdoğan üç nazir oğlu da daxil olmaqla xeyli nüfuzlu şəxsin həbs edilməsi xəbərini həbslər başlanandan sonra öyrənib.
Istanbul polisinin bu dekabrın 17-də səhərə yaxın başlatdığı 3 istiqamətli korrupsiya və rüşvət əməliyyatında daha 1 iş adamı saxlanıb. Bu, "Yorum İnşaat"ın sahibi Osman Ağcadır.

***
İstanbul prokurorluğu bu dəqiqəyə qədər həbs edilənlərin siyahısını açıqlayıb. Siyahını təqdim edirik:
Barış GülərDaxili işlər naziri Mühəmmər Gülərin oğlu
Salih Kaan Çağlayanİqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu
Abdullah Oğuz BayraktarEkologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu
Əli AğaoğluTürkiyənin ən böyük və zəngin iş adamlarından biri
Reza Zerrabkökənli iş adamı
Mustafa DəmirFatih Bələdiyyə başçısı
Süleyman Aslan"Xalq Bank"ın baş drektoru
Mehmet Ali KahramanEkologiya Nazirliyinin Aparat rəhbəri
Sadiq Soylu-Ekologiya Nazirliyinin sözçüsü
Müstafa Behçet KaynarEkologiya nazirinin sözçüsü
Onur Kaya-Ekologiya nazirinin sözçüsü
Barış Gülər – Daxili
işlər naziri Mühəmmər Gülərin oğlu
Salih Kaan Çağlayan – İqtisadiyyat
naziri Zəfər Çağlayanın oğlu
Abdullah Oğuz Bayraktar – Ekologiya
və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu
Əli Ağaoğlu – Türkiyənin
ən böyük və zəngin iş adamlarından biri
Mustafa Dəmir – Fatih
Bələdiyyə başçısı
Süleyman Aslan – Türkiyə "Xalq Bank" baş direktoru
Mehmet Ali Kahraman – Ekologiya
Nazirliyinin Aparat rəhbəri
Sadık Soylu - Ekologiya Nazirliyinin sözçüsü (AKP baş
katib yardımçısı Süleyman Soylunun qardaşı oğlu olduğu bildirililir)
Müstafa Behçet Kaynar – Ekologiya
nazirinin sözçüsü
Onur Kaya - Ekologiya
nazirinin sözçüsü
Taş Yapının sahibi – Emrullah Turanlı


***

İstanbul polisi bu dəqiqələrdə Halk Bankın Ataşehirdəki baş ofisində axtarış aparır. Musavat.com Türkiyə mənbələrinə istinadən xəbər verir ki,əməliyyat başlayandan dərhal sonra Halk Bankın səhmlərinin qiyməti sürətlə enməyə başlayıb. Bankın hər saniyə iri məbləğdə vəsait itirməsi haqda xəbərlər gəlməkdədir.


***

14.14

APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z. Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə. Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, "Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb. Hələlik bu şəxslər haqqında həbs qərarının verilib-verilməyəcəyi bəlli deyil.
Daxili İşlər Nazirliyinin Əmniyyət Gənəl Müdirliyindən (baş polis idarəsi) mətbuata bildiriblər ki, əməliyyat 1 ildir davam edən fiziki və texniki izləmə nəticəsində toplanan materiallar əsasında həyata keçirilir. İstintaqı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun baş prokuror vəkili (1-ci müavin) Zəkəriyyə Öz və onun tabeliyindəki prokuror Cəlal Qara aparır. Z. Öz "Ergenekon” əməliyyatının istintaqını aparan və bu çərçivədə çoxsaylı həbslərə sanksiya verən prokuror kimi tanınır.
Hələlik hökumət və hakim partiya baş verənlərə münasibət bildirməyib.

***

11.14

İstanbul Cümhuriyyət Prokurorluğunun başlatdığı əməliyyatda altı ayrı ünvana basqın edilib. Aralarında Əli Ağaoğlu ilə məşhur sənətçi Ebru Gündeşin həyat yoldaşı Reza Zarrabın da olduğu bir qrup iş adamının saxlandığı bilirlir.

Türkiyə mətbuatının xəbərlərinə görə, iki məşhur siyasətçinin yaxını da nəzarətə alınıb. Ancaq bu məlumatlar hələ rəsmi olaraq açıqlanmayıb . Əməliyyatlara maliyyə və mütəşəkkil şöbə müdirliyinə bağlı polislər qatılıb. Həbslərə səbəb olaraq Toki tenderində yol verilmiş maliyyə maxinasiyaları və rüşvətxorluq halları göstərilir.

Habertürk TV-nin xəbərinə görə , səhərə yaxını başlayan əməliyyatda əvvəldən təsbit edilən 18 ayrı ünvana basqın edilib.

Əməliyyatın digər vilayətlərə sıçrayacağı, saxlanılanların sayının artacağı bildirilir.

APA-nın xəbərinə görə, Türkiyənin müxtəlif internet saytları iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğullarının bu gün səhər prokurorun təlimatı ilə polis tərəfindən saxlanıldığı haqda xəbər yayıblar.
Xəbəri eşidən iqtisadiyyat naziri Zəfər Çağlayan bu günə nəzərdə tutulan rəsmi proqramlarını ləğv edib. Daxili işlər naziri Müəmmər Gülərin Bolqarıstana səfərini təxirə saldığı xəbər verilir.















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA