Həmsədrlər bəyanat yaydılar

img

05-12-2013 [13:38]


ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Kiyevdə keçirilən görüşü barədə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli yolla həlli istiqamətində səylər davam etdirilməlidir. Bəyanatda o da bildirilib ki, 2014-cü ilin əvvəlində həmsədr ölkələrin səyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcəklər.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Kiyevdə ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üçün münaqişə zonasında gərginliyin azaldılamsının vacib olduğunu vurğulayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA