Emin Əmrullayevlə Türkiyənin təhsil naziri arasında protokol imzalandı - FOTOLAR

img

19-02-2021 [21:24]


Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb. 

Mia.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarı, milli təhsil naziri Ziya Səlcukla imzalayıb: "Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm". 

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA