ADA Universitetinin Bilik Mərkəzi gənc tədqiqatçılar üçün 3-cü Beynəlxalq Təlim Məktəbi təşkil edib
19-02-2021 [17:42]
ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi gənc tədqiqatçılar üçün 3-cü Beynəlxalq Təlim Məktəbi təşkil edib.
Universitetdən Mia.az-a verilən məlumata görə, 15-19 fevral tarixlərində keçirilən Təlim Məktəbi “İnsan təhlükəsizliyi və Qloballaşan dünya” mövzusunu əhatə edib.
Təlimlər “GCRF-COMPASS” və Aİ üzrə araşdırmaları təşviq edən “Jean Monnet” layihələri çərçivəsində təşkil edilib.
Təlimlər təhlükəsizlik sahəsində araşdırmalar aparan doktorantların tədqiqat potensialının inkişafını və gücləndirilməsini, onlar arasında fikir mübadiləsinin aparılmasını və peşəkar əlaqələrin qurulmasını hədəfləyib.
Təlimlər ərzində iqtisadiyyat, ətraf mühit, geosiyasət, miqrasiya, gender bərabərliyi kimi müxtəlif sahələrə təsir edən təhlükəsizliklə bağlı təhdidlər ətraflı şəkildə nəzərdən keçirilib.
Bu il onlayn formatda keçirilən Beynəlxalq Təlim Məktəbi Azərbaycan, Belarus, Tacikistan, İngiltərə, ABŞ və Özbəkistandan olan iştirakçıları və mütəxəssisləri bir araya gətirib. Təlim proqramı seçilmiş iştirakçılar tərəfindən təqdim edilən tədqiqat mövzularının müzakirəsini və təqdimatları əhatə edib. Bundan əlavə, Təlim çərçivəsində tanınmış mütəxəssislərin və əsas çıxışçıların iştirakı ilə işçi seminarları təşkil edilib. Onların sırasında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Qlobal Hökumət və Münaqişə Araşdırmaları Proqramının direktoru professor Meri Kaldor, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı, “Jean Monnet” sədri Dr. Anar Vəliyev, “GCRF COMPASS”ın baş təhqiqatçı və Kent Universitetinin Qlobal Avropa Mərkəzinin həmtəsisçisi və həmdirektoru Yelena Korosteleva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Dr. Fərid Şəfiyev, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin BMT-nin Biznes və İnsan Təhlükəsizliyi Təşəbbüsünün direktoru Dr. Meri Martin daxildir.
“Təlim Məktəbi çox maraqlı, faydalı və həvəsləndirici oldu. Təlim yoldaşlarımın araşdırmaları ilə tanış olmaqla yanaşı, həm də nüfuzlu mütəxəssislərin iştirakı ilə keçirilən mühazirələrə də fayda verə bildim. Xüsusilə də işçi seminarları tədqiqat layihəsinin düzgün tərtib edilməsi qaydalarını daha yaxşı anlamağıma səbəb oldu”, - deyə Təlim Məktəbində iştirak edən Londonun “Loughborough” Universitetinin doktorantı Alisa Proçniyak bildirib.
ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi tərəfindən üç ildir ardıcıl olaraq keçirilən beynəlxalq Gənc tədqiqatçılar üçün Təlim Məktəbi İngiltərə Tədqiqat Şurasının “GCRF COMPASS” layihəsi çərçivəsində maliyyələşdirili
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub