Sabah Yerevandakı mitinqə respondentlərin 90 faizi qatılmayacağını bildirib

img

19-02-2021 [15:50]


Ermənistanda rəyi sorşulan vətəndaşların 89,1 faizi fevralın 20-də Yerevanda Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etməyəcəklərini bildiriblər.

Bu barədə “GALLUP International Association”ın Ermənistandakı nümayəndəliyinin rəhbərliyi Aram Navasardyan məsələ ilə bağlı rəy sorğusunun nəticələrindən danışarkən bildirib.

Qeyd edək ki, 17 müxalifət partiyasının yaratdığı “Vətənin müdafiəsi uğrunda hərəkat” fevralın 20-dı Nikol Paşinyanın istefası və növbədənkənar parlament seçkilərinin perspektivdə keçirilməsi tələbi ilə mitinq keçirməyi planlaşdırır.

Rəy sorğusu fevralın 15-17-də bütün Ermənistan ərazisində 801 nəfər arasında keçirilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq