KXDR XİN Kim Çen Inın vəzifəsinə aydınlıq gətirib

img

19-02-2021 [15:47]


Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi xarici dövlətlərə ölkənin lideri Kim Çen Inı dövlət işlərinin sədri adlandırmalarını tövsiyə edib.

Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi feysbuk səhifəsində məlumat yayıb.

Məlumatda bununla bağlı səfirliyə KXDR XİN-in protokol şöbəsindən nota daxil olduğu deyilir.

Qeyd edək ki, yanvar ayının əvvəlində Kim Çen In Koreya Əmək Partiyasının (KƏP) 8-ci qurultayında baş katib seçilib. Xalq Demokratik Respublikasının qurucusu və KXDR-in hazırkı liderinin babası Kim İr Sen də KƏP-nin baş katibi vəzifəsini icra edib. 2011-ci ildə vəfat edənə qədər Kim Çen İr – Kim Çen Inın atası da analoji vəzifəni tutub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq