Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub

img

19-02-2021 [14:40]


Yerevanda “Nubaraşen” qəbiristanlığındakı qəbirləri qarət etməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən tutulub.

 Şübhəlilər - 51 yaşlı Pvsep Ovanisyan və 63 yaşlı Sarqis Xaçatryan polis şöbəsinə aparılıb.

Bildirilib ki, onlar 30-dan çox ailə türbəsini təhqir etməkdə şübhəli bilinirlər. Qəbiristanlıqdan düralüminium və başqa qəbirüstü bəzək əşyaları qarət olunub.

Faktla bağlı araşdırmalar aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq