Putinlə Lukaşenko görüşəcək - Rusiyada

img

18-02-2021 [13:53]


Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko görüşəcəklər.

Bu barədə A. Lukaşenko Belarus-Rusiya İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota ilə görüşdə bildirib.

“Mən və Putin xeyli müddət əvvəl fevralın 20-dən sonra görüşüb, iki ölkə arasında əməkdaşlığın bəzi sahələri barədə müzakirələr aparmaq barədə razılığa gəlmişik. Lakin dərhal deməliyəm ki, bəziləri gündəmi tutur və iddia edirlər ki, guya mən Rusiyaya 3 milyard dollar istəmək üçün gedirəm. Xeyr, mən Rusiyaya nə isə istəməyə getmirəm”, - deyə Belarus dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə də görüşəməyi planlaşdırır/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR