Şəmkirdə qadını döyən keçmiş məhkum həbs olundu

img

18-02-2021 [13:09]


Ötən il Şəmkir rayonunda qadını döyən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il dekabrın 4-də Kür qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Sadıqovanı döyərək 150 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abbasov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA