Putindən postsovet məkanı ilə bağlı maraqlı açıqlama: "Rusiyanı hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək..."

img

14-02-2021 [09:28]


“Rusiyanın postsovet məkanında artan təsiri narahatlıq doğurur, ölkənin əleyhdarları dünyada gərginliyin azaldılması barədə danışıqlar çərçivəsində Rusiyanı iddialı və hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək MDB məkanından çıxarmağa çalışacaqlar”.

Bunu Rusiya prezidenti Vladimir Putin ölkə mediasının redaktorları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Rusiyanın əleyhdarları və ya potensial düşmənləri çoxdan iddialı və hakimiyyətə həsrət olan insanları öz xeyirlərinə istifadə edir:

“Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır. Bütün çətinliklərə baxmayaraq. Axı, ittifaqı (Sovet İttifaqı – Red) dağıdanda, sonrakı bütün nəticələri ilə müstəqil dövlətlərin qurulmasını anlamalı idilər. Ancaq buna baxmayaraq? son illərdə burada təsir gücümüz artmaqdadır. Həm də bu, narahatlığa səbəb olur”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR