Hökumət sözçüsü: "Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm"

img

13-02-2021 [00:47]


Fevralın 1-dən etibarən ölkə ərazisində orta məktəblərdə ibtidai siniflər üçün tədris bərpa olunub. Fevralın 15-dən isə ali məktəblərdə praktik əyani təhsil alan tələbələrin, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlanacaq ki, bu da paytaxtda sərnişin sayını daha da artıracaq.

Bakıda hələ də metronun fəaliyyətinin bərpa edilməməsi iki gündən sonra avtobuslarda ciddi sərnişin sıxlığı ilə müşahidə edilə bilər ki, bu da yollarda və ictimia nəqliyyatda vəziyyəti xaos həddinə çatdırcaq.

Problemin aradan qaldırılması üçün karantin rejiminin qaydalarına əməl etməklə metropolitenin fəaliyyətini bərpa etməsi məsələsi son günlər gündəmdən çıxmır.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Milli.az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov belə deyib"Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Mən rəsmi qərar olarsa, onu deyəcəm. Bu barədə hələlik heç bir şey deyə bilmərəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA