Bu nazirliyin mətbuat katibi də vəzifədən getdi: "Heç kəs səbəb axtarmasın..."

img

12-02-2021 [16:37]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb.

Mia.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Əziz dostlarım, həmkarlarım!

Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!".

Xatırladaq ki, az əvvəl bu nazirliyə Rəşad Nəbiyev nazir təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR