Bayden Münhen Təhlükəsizlik Konfransının xüsusi buraxılışında çıxış edəcək

img

12-02-2021 [15:54]


COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınan Münhen Təhlükəsizlik Konfransının xüsusi buraxılışı keçiriləcək.

Məlumata görə, xüsusi buraxılış fevralın 19-da virtual formatda baş tutacaq.

“Davam edən pandemiya səbəbindən bu il fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransı 2021-ci ilin növbəti aylarına təxirə salınmalı oldu. Lakin, yüksək səviyyəli liderlərə bu kritik anda müzakirələr üçün qlobal platforma təqdim etmək üçün biz xüsusi buraxılışa ev sahibliyi etməyə qərar verdik. "Qərarsızlığın arxasında: Transatlantik əməkdaşlığın yenilənməsi, qlobal çağırışlarla üzləşmək" başlığı altında keçirilən xüsusi buraxılışda transatlantik alyans daxilində əlaqələrin yenidən necə qurulacağı müzakirə ediləcək, transatlantik və beynəlxalq əməkdaşlığın ən çox tələb olunduğu sahələrə toxunulacaq”, - deyə Münhen Təhlükəsizlik Konfransının saytında bildirilib.

Xüsusi buraxılışda ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Angela Merkel, NATO Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus, ABŞ Prezidentin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri, “Microsoft”un prezidenti Bill Qeyts çıxış edəcəklər.

Xüsusi buraxılış Münhen Təhlükəsizlik Konfransının saytında və sosial media hesablarında canlı yayımlanacaq/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA