Yeni nazir Nazirlər Kabinetinin əməkdaşına yüksək vəzifə verdi - Rabitə sektorunda növbəti dəyişiklik oldu

img

11-02-2021 [17:58]


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri olub.

Məlumata görə, nazir Rəşad Nəbiyev müvafiq əmri ilə Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Pərvin İsmayılov vəzifəsindən azad edilib və onun yerinə hələki təyinat olmayıb.

Nazirin digər əmri ilə hüquq şöbəsinin uzun müddət boş qalan müdiri vəzifəsinə Bəxtiyar Məmmədov gətirilib.

Qeyd edək ki, B.Məmmədov sabiq nazir Əli Abbasovun dövründə eyni adlı şöbəyə rəhbərlik edib. Daha sonra isə o Nazirlikdən ayrılaraq Nazirlər Kabinetində çalışıb.

Xatırladaq ki, B.Məmmədov Maltanın “FimBank”ı ilə məhkəmə çəkişmələrində Azərbaycan tərəfi təmsil edən əsas şəxs olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA