Almaniyada daha 975 nəfər COVİD-19-dan ölüb

img

03-02-2021 [11:56]


Almaniyada son bir gündə 9 mindən çox koronavirusa yoluxma halı və minə yaxın ölüm faktı qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bunu Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatları göstərir.

Belə ki, İnstitutun məlumatına görə, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 975 ölüm faktı və 9 705 yeni yoluxma hadisəsi təsbit edilib.

Bununla da Almaniyada pandemiyanın başlanğıcından bu yana yoluxanların ümumi sayı 2 237 790 nəfərə çatıb və təsdiqlənmiş xəstəliyi olan 58 956 pasiyentin ölümü qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR