Gürcüstan parlamenti 51 deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasına dəstək verməyib

img

02-02-2021 [14:57]


Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı məsələni dəstəkləməyib.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, hər bir deputatla bağlı məsələyə ayrıca baxılıb və onların heç biri ilə bağlı müsbət qərar qəbul olunmayıb.

Beləliklə, müxalifət formal olaraq qanunverici orqanda qalır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində 150 deputatın əvəzinə 96 deputat təmsil olunur. Müxalifətə məxsus 60 kürsünün yalnız 6-sı tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR