Yol kənarında "KamAZ"ı saxlayan sürücü sükan arxasında ölüb

img

02-02-2021 [12:53]


Bakı-Qazax avtomobil yolunda sürücü sükan arxasında ölüb.

Hadisə fevralın 2-nə keçən gecə Ucar rayonunun Müsüslü kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Yaşar Nuru oğlu Nağıyev idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını istrahət etmək üçün yol kənarında saxlayıb. O, avtomobilin sükanı arxasında dünyasını dəyişib. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Y.Nağıyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR