“Xəzər" klinikası ölüm hadisəsinə görə məhkəməyə verilib

img

01-02-2021 [16:00]


“Xəzər” klinikasında əməliyyatdan sonra dünyasını dəyişən Ş.Əhmədovanın qızı Songül Əhmədova maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi barədə qərardan apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin icraatında araşdırılır.

Qeyd edək ki, ölüm hadisəsi 2018-ci ilin avqust ayında baş verib.

Ş.Əhmədova “Xəzər” klinikasında əməliyyatdan sonra dünyasını dəyişib.

Şərqiyyə Əhmədovanın qızı Songül Əhmədova anasının klinikada çalışan həkimlərin səhvi ucbatından vəfat etdiyini iddia edərək, məhkəməyə müraciət edib.

Nizami Rayon Məhkəməsi mülki iddianı təmin etməyib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA