Ermənistan baş nazirinin xanımı ABŞ-da etirazla qarşılanıb

img

01-02-2021 [14:29]


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna kopyanı ABŞ-ın Los-Anceles hava limanında yerli erməni diasporunun nümayəndələri etiraz aksiyası ilə qarşılayıb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Diasporun təmsilçisi Robert Markaryan bildirib: “Onu “Ali satqının arvadı!” şüarı yazılan plakatla qaşıladıq. O, başıaşağı, sifəti qızarmış şəkildə keçib getdi. Onlar bilməlidir ki, hara getsələr, belə səhnə ilə qarşılaşacaqlar”.

“Sputnik Armeniya” Anna Akopyanın doğum günü ərəfəsində ABŞ-a səfərinin məqsədini öyrənə bilmədiyi barədə məlumat yayıb. Bildirilib ki, onun köməkçiləri Ester Saakyan və Alina Karapetyan agentliyin zənglərin cavab verməyib.

Xatırladaq ki, bundan bir müddət əvvəl Anna Akopyan Moskvaya xüsusi səfər edib. Onu iki qızı Mariam və Şuşan, habelə mühafizə xidmətinin çoxsaylı əməkdaşı müşayiət edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib