Dmitri Medvedev: “Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər"

img

01-02-2021 [10:17]


“Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev ölkə KİV-inə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın internet seqmentindən ayrılması haqqında qanun bu istiqamətdə uyğun risklər fonunda muxtar idarəetməyə imkan verir.

“Məlum olduğu kimi internetin idarə edilməsində ABŞ-ın istinasız hüququ var. Odur ki, kiminsə fikrinə gələrsə, fövqəladə hadisə olarsa, onda bu, baş verəcək”, - D.Medvedev bildirib.

O, internet açarının okeanın o tayında olduğunu da vurğulayıb/rEPORT.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib