Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi

img

01-02-2021 [10:00]


Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

O, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin və oğlunun şikayəti əsasında tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA