Moskvada Navalnının tərəfdarları yenidən aksiyada: polislə toqquşma oldu, saxlanılanlar var - ABŞ bəyanat yaydı, Rusiya XİN isə...
31-01-2021 [19:58]
Rusiyada blogger Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirilib.
Məlumata görə, hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutub.
Moskvada qanunsuz etiraz aksiyaları ilə bağlı bu gün polis və “Rosqvardiya” gücləndirilmiş iş rejimində çalışıb. Qanunsuz etiraz aksiyalarının qarşısını almaq üçün bir gün öncədən Moskvanın mərkəzi küçələrinə çıxan metro stansiyalarına giriş və çıxışlar bağlı elan edilib. Bundan başqa şəhərin mərkəzi küçələrində, əsasən Kremlə yaxın küçələrdə mağaza, kafe və restoranların da fəaliyyəti dayandırılıb.
Lakin bütün bunlara baxmayaraq etirazçılar Moskvanın mərkəzi küçələrində aksiya keçiriblər. Nəticədə polislər və etirazçılar arasında toqquşma olub. Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnı polis tərəfindən saxlanılıb. Bundan başqa, müxalif fəallar İlya Yaşin və Andrey Pivovarov da saxlanılıb.
Kazanda keçirilən etiraz aksiyasında isə tanınmış jurnalist və ictimai-siyasi xadim Maksim Şevçenko saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.
Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçının saxlanıldığı bildirilib.
Rusiyada Navalnının azad olunması ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqədar Moskva ilə Vaşinqton arasında növbəti diplomatik toqquşma baş verib.
ABŞ-ın Rusiyadakı diplomatik missiyası və ABŞ dövlət katibi Entoni Blinken “Tvitter” hesabında rəsmi Moskvanı insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb: “Rusiya hakimiyyəti yeni etirazlar öncəsi bir sıra fəalları tutub və Moskvanın mərkəzini bloklayıb. Bununla əlaqədar Rusiyanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə riayət etməyə çağırırıq”.
ABŞ ikinci həftədə də ardıcıl olaraq dinc etirazçılara və jurnalistlərə qarşı sərt taktikadan tətbiq etdiyinə görə Rusiya hakimiyyətini qınayıb.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibinin bəyanatına cavab verib. Rəsmi Moskva Vaşinqtondan suveren dövlətlərin daxili işlərinə qarışmağı dayandırmağı tələb edib və razılaşdırılmamış aksiyalarla bağlı feyk xəbərlər yaymağa görə məsuliyyəti xatırladıb.
"ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi, Vaşinqtonun nəzarətində olan internet platformaları tərəfindən icazəsiz aksiyalara çağırışlar və “raskrutka” olunan feyklər kimi sübut edilmiş faktdır. ABŞ dövlət katibi Entoni Blinken tərəfindən qanun pozuntusuna dəstəyin verilməsi Vaşinqtonun pərdəarxası rolunun bir daha təsdiqidir”, deyə Rusiya XİN-in bəyanatında vurğulanıb/APA.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub