Ucarda mikroavtobus yol kənarına aşıb: ölən və yaralananlar var

img

31-01-2021 [18:40]


Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət alıb.      

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat  Şöbəsində araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA