Navalnı çəkdi, Putin jurnalisti saraya buraxdı - Qalmaqallı görüntülərlə bağlı yeni VİDEO
29-01-2021 [18:05]
Rusiyanın Gelencik şəhəri yaxınlığında yerləşən, prezident Vladimir Putinə aid olduğu iddia edilən sarayda ilk dəfə çəkiliş aparılmasına icazə verilib.
Məlumata görə, çəkilişi “Mash” teleqram kanalının baş redaktoru, jurnalist Maksin İksanov aparıb.
Mətbuat nümayəndəsinə sarayın bütün otaqlarını gəzmək üçün yalnız 1 saat vaxt verilib. M.İksanovun sözlərinə görə, onun bələdçisi sarayın tikintisi üzrə texniki nəzarətin nümayəndəsi olub. KİV əməkdaşının ora kimin göstərişi ilə buraxılması açıqlanmayıb. Videoreportajdan sarayda əsaslı təmir işlərinin getdiyi məlum olub. Jurnalistin bələdçisi təmir-tikinti işlərinin 5-6 il ərzində bitəcəyini bildirib.
“Meduza” nəşri isə saray yapısının yeni təfərrüatlarını öyrənə bilib. Məlum olub ki, V.Putin İdokopas burnunda yerləşən sarayı nadir hallarda ziyarət edir. Nəşrin hesablamalarına görə, dövlət başçısı orada azı 4 dəfə olub. Prezidentin hər səfərində orada ciddi hazırlıq işləri başlanır.
Diqqət çəkən məqamlardan biri imarətin bunkeridir. Belə ki, iqamətgahın yeraltı kompleksi 16 mərtəbədən ibarətdir və yerləşdiyi İdokopas burnunu dəlir. Məlumata görə, aşağı düşmək üçün lift təxliyə ehtimalına görə əsas evin bir neçə metrliyində yerləşir. Ümumilikdə burnun dərinliyinə daxil olmaq üçün 3 giriş mövcuddur. Şaxtaların tikintisi (2007-2011) 3 milyard rubla başa gəlib. Bildirilib ki, saraydakı belə bunkerlərin sayı 2 olmalı idi, ancaq 2008 maliyyə böhranına görə plandan vaz keçilib.
Bundan başqa, malikanədəki məşhur akvadiskotekadan 2 ədəd olduğu məlum olub. İşıq və musiqili fəvvarənin (onun şırnaqları rəqs edir, Kayli Minouqun trekləri və fransız şansonun sədaları altında işıqlandırılır) bənzərini iqamətgahın şato olan ərazisində - Divnomorskda quraşdırılıb. Ancaq şatonun yiyəsi hələlik müəyyənləşdirilməyib. Bu tikintiyə “Dimanın yaylağı” adı verilib. Ora Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin dövründə tikilib.
Qeyd edək ki, “Mash” Rusiyada məşhur teleqram kanalıdır. Kanalın əsasını baş direktoru erməni iş adamı Aram Qabrelyanov olan “News Media”nın “Life” nəşrinin baş redaktoru Nikita Moqutin qoyub. “Meduza” isə qərargahı Latviyanın paytaxtı Riqada yerləşən internet-nəşrdir. Nəşrin qurucusu "Lenta.ru"nun sabiq baş redaktoru Qalina Timçenko olub.
Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və çirkli pullarla əldə etdiyi sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb/Report.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub