Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək - Bu tarixdə

img

28-01-2021 [11:35]


Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin Moskva görüşü yanvarın 30-na planlaşdırılır.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsidir.

A. Matveyev qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun daha əvvəl keçirilməsi nəzərdə tutulan ilk iclası erməni tərəfinin təklifi ilə tərəflərin qarşılıqlı razılığı əsasında yanvarın 30-da Moskva şəhərində keçiriləcək/APA 


Digər xəbərlər
SON XƏBƏRLƏR