İtaliya polisindən əməliyyat: 50 mafiya üzvü həbs olundu

img

21-01-2021 [23:58]


İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Məlumata görə, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir, ölkədə və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” daha çox iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR