Böyük Səhraya qar yağıb

img

18-01-2021 [12:33]


Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Ayn Sefra qəsəbəsinə qar yağıb.

Səhranın bir hissəsi ağ rəngə bürünüb.

Yerli fotoqraf Kərim Buşetata qeyri-adi mənzərəni çəkmək fürsətini qaçırmayıb.

Ümumiyyətlə, Əlcəzairdə havanın temperaturu yanvarın 10-dan sürətlə aşağı düşməyə başlayıb və yanvarın 13-də hətta mənfi tempratur qeydə alınıb. İnternetdə digər istifadəçilər də qarla örtülmüş qum təpələrinin fotolarını paylaşırlar.

Böyük Səhranın qapıları adlandırılan Ayn Sefra qəsəbəsi Atlas dağlarının yanında yerləşir, buna görə burada soyuq hava qeyri-adi hal deyil, lakin bu ərazidə qar tez-tez görünmür. Daha əvvəl 2018-ci ilin yanvarında bura qar yağmışdı./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR