Bakıda avtomobil qaçıran iki nəfər saxlanılıb

img

14-01-2021 [12:34]


Bakıda avtomobil qaçıran iki nəfər saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA