Abşeronda evlərdən 2 400 manatlıq oğurluq edildi

img

13-01-2021 [12:34]


Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 2 450 manat dəyərində kondisioner, kombi, divar saatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səlimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Xırdalan şəhəri ərazisində 2 nəfərə məxsus yarımtikililərdən 150 metr elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və avtomobil ehtiyat hissələri oğurlaması da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA