Gürcüstan parlamenti “Amnistiya haqqında” qanunu qəbul edib

img

11-01-2021 [15:28]


Gürcüstan parlamenti “Amnistiya haqqında” qanunu III oxunuşda qəbul edib.

Mia.az Report-a istinadla xəbər verir ki, 83 deputat aktın lehinə səs verib.

Qanuna əsasən, amnistiya ötən il dekabrın 11-dək Cinayət Məcəlləsinin 80-ə yaxın maddəsi üzrə ağır olmayan cinayət törətmiş şəxslərə şamil ediləcək. Məhkəmələr əfv olunacaq bütün şəxslərin işlərinə yenidən baxacaq.

Amnistiya aktı ilə 1 500-dən çox məhbus azadlığa buraxılacaq.

Qanun qüvvəyə mindiyi gündən bir ay ərzində tətbiq olunmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib