“Səbail” klubu iranlı futbolçu ilə yollarını ayırıb

img

08-01-2021 [18:10]


“Səbail” klubu futbolçusu Bəxtiyar Rəhmani ilə yollarını ayırıb.

Mia.az Report-a istinadla xəbər verir ki, 29 yaşlı iranlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçu azad agent statusu alıb.

Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb. Klub daha əvvəl Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı və Əli Sadıxovla vidalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR