Ukraynada sərt karantin rejimi elan olundu - Ticarət mərkəzləri və restoranlar qapadıldı

img

07-01-2021 [20:13]


Ukrayna koronavirus xəstəliyinin kütləvi yayılmasına görə yanvarın 8-dən sərt karantin rejiminə keçib.

Mia.az xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Sərt karantin rejiminə görə, yanvarın 8-i 00:00-dan yanvarın 25-i 00:00-dək ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq dükanları, apteklər, yanacaq-doldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyəti mümkün olacaq.

Bundan başqa şəhər, şəhərlərarası, vilayət daxili, vilayətlərarası sərnişin daşımalarında oturacaq sayından artıq sərnişin daşınması qadağan edilib. Ali və orta təhsil müəssisələri bu müddətdə qış tətilinə göndərilib. Yalnız uşaq bağçaları adi rejimdə fəaliyyət göstərəcək.

Sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA