Şahbaz Quliyev: "Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar"

img

07-01-2021 [14:21]


“Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Məndə göz-baş qalmamışdı, ciyərlərimi ödə kimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş Şahbaz Quliyev deyib.

“Onların qondarma “Milli Təhlükəsizlik” qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışşdılar ki, oturun burada”, - o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA