ABŞ-ın keçmiş prezidentlərindən ölkədəki gərginliyə reaksiya: "Kapitoli vəhşiliyini millətimiz üçün böyük biabırçılıq və utancdır"
07-01-2021 [11:37]
ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda Kapitoli təpəsində baş verən hadisələr barədə bəyanatla çıxış edib.
RBK xəbər verir ki, o, hazırkı prezidentin təhriki ilə həyata keçirilən Konqres binasına basqının ABŞ tarixinə böyük biabırçılıq anı kimi düşəcəyini söyləyib.
“Tarix haqlı olaraq qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki ilə yaranan bugünkü Kapitoli vəhşiliyini millətimiz üçün böyük biabırçılıq və utanc anı olaraq xatırlayacaq”, - Obama “Twitter”də yazıb.
Obamanın fikrincə, mövcud şəraitdə respublikaçılar ilk addımı özləri atmalı və aranı sakitləşdirməlidirlər. O, Respublikaçılar Partiyasının Prezident Donald Trampın siyasətinə qarşı çıxan tərəfdarlarını dəstəkləyib.
Obamadan başqa, bir neçə keçmiş ABŞ prezidenti də Vaşinqtonda baş verənləri qınayıb.
Bill Klinton Tramp tərəfdarlarının Kapitoliyə basqının eyni zamanda bütün ölkəyə və Konstitusiyaya hücum olduğunu söyləyib. “Bu hücum qəsdən dezinformasiya yayan, siyasi sistemimizə inamsızlıq səpən və amerikalıları bir-birinə qarşı yönəldən, dörd ildən çoxdur aparılan zəhərli siyasətdən qaynaqlanıb”, - Klinton vurğulayıb.
O, Konstitusiyada nəzərdə tutulduğu kimi, hakimiyyətin dinc yolla ötürülməsinin başa çatdırmasını tələb edib.
Kiçik Corc Buş isə Kapitolidəki hadisələri izləyərkən gözlərinə inanmadığını söyləyib.
“Bu, seçki nəticələrinə hansısa banan ölkəsində edilən etiraz idi, bizim ölkədə belə şey ola bilməz. Seçkidən sonra bəzi siyasi liderlərin ehtiyatsız davranışları və bu gün qurumlarımıza, adət-ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni şoka saldı”, - o, bildirb/Report.
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir