Elbariz Məmmədli: "Mən də burda davadayam..."
06-01-2021 [20:44]
Nigaranam
Kimsə, məni qınamasın,
O dağlardan nigaranam.
Qan izinə təzə yağan ,
Təzə qardan nigaranam.
Biz ki, ilkdən haqqı bulan ,
Bizə çatmır, bizim olan,
Suyu tərsə axıdılan,
Bulaqlardan nigaranam.
Əl yetmir Xanın kəndinə,
Kimdi əl qoyan, bəndinə?
Düşən- yağı kəməndinə,
Ocaqlardan nigaranam.
Hələ bitmədi ki, bu qan,
Aman vermir, aravuran,
Sabahına xəyal quran,
Uşaqlardan nigaranam.
Yüz illər ətək yalayan
Gör, kim olub, yağmalayan,
Ruhumda həsrət qalayan,
Torpaqlardan nigaranam.
Vəddi, bizi huşa verən,
Yolumuzu daşa verən,
Şuşada baş-başa verən,
Bayraqlardan nigaranam.
***
Unutdum, məhəbbət şeirlərimi
Çoxdan duyğularım savaşa köklü,
Qəm üstə yazıram yazıları da.
Könlümün hər simi bir qayğı yüklü,
Unudub sevdiyim mövzuları da.
Gözümüz illərdi, qalmışdı yolda,
Bir payız yaşadıq- zəfər payızı.
Ümidə köklənib bu, qeylü-qalda,
Belə gözləyirdik biz, hər payızı.
Gör, ruhu nə qədər basılmazdı ki,
Millət yüz illərin qəminə dözüb.
Sınsa son savaşda var olmazdı ki,
Bu qədər düşmənin cəminə dözüb.
Təkcə qara deyil rəngi dünyanın,
Ömür deyilənin min çaları var.
Sovuşan payızın, ötən zamanın,
Öz yaşantısı var, duyğuları var.
Amma ki, sevincə köklənmək olmur,
Nə olsun ortada, zəfərin tamı.
Qaçıb ağrısından təklənmək olmur,
Şəhid evlərinə düşən axşamın.
Bir yeri yoxdu ki,-haqqı tanıyan,
Görəsən, bu dünya niyə, belədi?
Kimin ruzisidi, bu tökülən qan?
Dərdi çiyinlərdə şələ- şələdi.
Könüldən keçir ki, xoş söz deyəsən,
Amma neynəyirsən alınmır, vallah,
Nolsun, Tanrı verən sözə yiyəsən,
Hər söz sevinc üstə çalınmır, vallah.
Hər gün ömrümüzü əridir anlar,
Yaşayıb keçirik, xeyir-şərini.
Məni bağışlasın, sevən cavanlar,
Unutdum, məhəbbət şeirlərimi.
***
Sənə
Bir az davalar sovuşub,
Bir az açılıb başımız.
Dağlarda yaman soyuqdu,
Bir az sərt gəlib qışımız.
Amma yağı hələ durur,
Hələ bitməyib işimiz.
Hələ ölüm yuxuludu,
Gedişimiz, gəlişimiz...
Çoxdandı xəbər tutmuram,
Səsim yetmir yəni, sənə.
Mən də savaş içindəyəm,
Duyğumun bir yönü sənə.
Yollar üşüyə - üşüyə,
Sən olan yana tələsir.
Bilməm hansı xatirədi,
Girib ürəyimdə əsir.
Ümidim teldən asılı,
Elə bil ki, havadayam.
Ayağı yer tutsun, deyə,
Mən də burda davadayam.
Tanrı belə yazıb, yəqin,
Həsrət qoyub məni, sənə.
Görəndə bir "söz" demirmi,
Şaçlarımın dəni, sənə?
Eh, ömür də amanatmış,
Hər günü bir göz qırpımı.
Dünən ruhunu oxşayan,
İndi canında çırpınır.
Yandığımız sevdaların,
Ağrısı düyün-düyündü.
Həyat yordu canımızı,
Nə var, dən kimi üyündü.
Sinəmdə tufan oynadı,
Heç, çatmadı ünü sənə.
Bir bax, gör nəsə deyirmi,
Könlümün düyünü sənə.
Hər gün sonun başlanğıcı,
Bilməm, hayana yürüyür.
Evdə divar saatım da,
Bir üzü sona yürüyür.
Mən ömürdən çox şey umdum,
Neynim, mən deyən olmadı.
Həsrət məndən inadkarmış,
Sözünü yeyən olmadı.
Qorxuram, vəfam yetməsin,
Bu payızın önü, sənə.
Gəlsənə geri qaytarım,
Məndə qalan səni, sənə?
Müəllif: Elbariz Məmmədli
MİA.AZ
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub