Ərəb ölkələri Qətərə qarşı blokadanı qaldırdı

img

05-01-2021 [18:08]


Tərkibinə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının (GCC) iştirakçıları Səudiyyə Ərəbistanının Əl-Üla şəhərində keçirilən zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə saziş imzalayıblar.

Görüşü “Al Arabiya” telekanalı canlı yayımlayıb.

Yanvarın 4-də Küveyt xarici işlər naziri şeyx Əhməd Nasser əs-Sabah tərəfindən elan edilən barışıq sazişi Doha ilə münasibətlərin normallaşdırılmasına istiqamətlənib və blokadanın aradan qaldırılmasını, Qətərlə hava məkanının, dəniz və quru sərhədlərinin açılmasını təmin edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib