Rusiyada iki azərbaycanlı öldürüldü - Atışma

img

05-12-2013 [15:00]


Rusiyanın Murmansk şəhərində Xibinski küçəsində silahlı atışma qeydə alınıb. İnsident nəticəsində iki Azərbaycan vətəndaşı ölüb, biri isə ağır yaralanıb. Hadisə yerinə gəlmiş polis iki nəfərin cəsədini aşkarlayıb. Daha bir nəfər isə ağır güllə yarası alıb və tibbi məntəqəyə çatdırılıb.

İlkin məlumatlara görə, bir neçə maskalı adam tərəvəz anbarına zorla girib və anbarın sahibi Həbib Səfi oğlu Kərimovu, onun qohumu Fatih Sahban oğlu Əzizovu və mühafizəçi Nəriman Əli oğlu Axundovu yaylım atəşinə tutublar. Atışma nəticəsində anbarın sahibi və onun qohumu hadisə yerindəcə həlak olublar. Mühafizəçi Nəriman Axundov isə qarın, baş və ürək nahiyəsinə tuş gəlmiş güllə yarası ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hal-hazırda vilayət mərkəzinin daxili işlərinin orqanlarının şəxsi heyəti araşdırmalara başlayıb. Şəhərdə "Vulkan-4" planı adı altında şübhələnilənlərin axtarışını aparılır.
Artıq Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb. Faktla bağlı ərazi üzrə geniş araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA