Ukrayna müxalifətinin liderləri inqilab anonsu verdi

img

03-12-2013 [13:48]


Ukraynanın paytaxt Kiyevin mərkəzi küçələrində kütləvi mitinq keçirən müxalifət ötən gün gecə saatlarından etibarən şəhərin mərkəzindəki Oktyabr Sarayını mənzil – qərargah kimi tutublar. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin verdiyi məlumata görə, sarayı rəhbərlik könüllü aksiyaçılara təslim edib və qarşı durma baş verməyib.
Ölkədə baş verən hadisələri yaxından izlədiklərini deyən azərbaycanlı diasporunun rəhbəri R. Tağıyev bildirib ki, buna şəhər meriyası da etiraz etməyib.
Hazırda bütün müxalifət cəbhəsini təmsil edən etirazçıların mərkəzi mənzil qərargahı paytaxt mərkəzindəki Oktyabr Sarayıdır.
R. Tağıyev onu da bildirib ki, ötən gün ərzində şəhərin Kreşati küçəsində, Maydanda, Ali Arada qarşısında və hökumət binası ilə üzbəüz Marinski parkı ətrafında davam edən etiraz aksiyasında müxalifət liderlərindən UDAR partiyasının sədri Vitali Kliçko, "Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk və digərləri elan ediblər ki, Ali Radaya hökumətin istefası tələbi ilə yanaşı prezident Viktor Yanukoviçin istefa tələbini də rəsmən etdiklərini açıqlayıb: "Liderlər belə davam etdiyi təqdirdə ölkədə inqilabın tezliklə qaçılmaz olduğunu bildirdilər”.
R. Tağıyev onu da deyib ki, 2-dən 3-ə keçən gecə polis ilə jurnalistlər arasında MAydanda ciddi qarşıdurma olub və bir neçə jurnalist, o cümlədən "Novıy Kanal” Televiziyasının əməkdaşları ağır formada döyülüblər. R. Tağıyev baş verənlərin özəl fotolarını da təqdim edir.
Hakim regionlar partiyasından adının çəkilməsini istəməyən deputatın verdiyi məlumata görə isə ötən gecə axşam radələrində Kiyevdəki ABŞ, Fransa və Almaniya səfirləri baş nazir Nikolay Azarov ilə görüşüblər və görüşdə indən belə etirazçılara güc tətbiq edilməməsi ilə bağlı hökumətdən vəd alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA