Türkiyə cəhalətə sürüklənir, oğlan və qızların birgə təhsili qadağan edilir

img

21-11-2013 [10:56]



Türkiyədə oğlan və qızların birgə təhsil almalarının qadağan ediləcəyi gözlənilir. 

Trend-in xəbərinə görə, cümə axşamı "CNN Turk" telekanalında bunu Türkiyə parlamenti sədrinin müavini Sadik Yakut bəyan edib.

S.Yakutun sözlərinə görə, oğlan və qızların birgə təhsil almaları böyük səhv idi və Türkiyə onu düzəltmək niyyətindədir.
O qeyd edib ki, ölkədə oğlan və qızların ayrıca gimnaziyalarını yaratmaq lazımdır.
Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında oğlan və qızların tələbə yataqxanalarının ayrı olacağını bəyan etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA