“Hayastan” fondunda mənimsəmə olub - Paşinyana yeni ittihamlar
31-12-2020 [09:07]
“Hayastan” Ümumerməni Fondunun fəaliyyəti beynəlxalq auditin nəticələrinə əsasən dayandırıla bilər.
Bu barədə “Sputnik Ermənistan” xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan növbəti "Requiem 6. Money" videosunda bildirib ki, baş nazir Nikol Paşinyan Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf edib.
Belə ki, fonda müharibə zamanı təxminən 170 milyon ABŞ dolları toplanıb.
Keçmiş səfirin sözlərinə görə, baş nazir fondun icraçı direktoru Aykak Arşamyana yığılmış puldan dövlət büdcəsinə 52,7 milyard dram (104 milyon ABŞ dolları) köçürməsini tapşırıb. Arşamyan bu təlimatı 9 xüsusi qərar çərçivəsində yerinə yetirib. Bu qərarların heç biri fondun qəyyumlar şurasının üzvlərinə - Robert Köçəryana və Arkadi Qukasyana göndərilməyib, çünki ikincisi bu pulun büdcəyə hansı məqsədlə köçürüldüyünü soruşacaqdı.
Minasyan əlavə edib ki, doqquz qərarın yeddisinin əsli naməlum səbəbdən yox olub.
“Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sarkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan Maliyyə nazirinə məktub yazır və o, baş nazirə göndərir. Paşinyan isə məktuba cavab vermir. Mövcud vəziyyət, fond üçün bir çox, hətta bağlanmasına gətirib çıxara biləcək problem yarada bilər. Bu günlərdə fond beynəlxalq hüquq pozuntularını aşkar edə biləcək beynəlxalq auditdən keçir”.
Minasyan deyir ki, ABŞ başda olmaqla bir çox ölkələrdə diaspora fəaliyyəti ilə məşğul olan və fonda pul köçürən erməni çətinliklərlə üzləşə bilər:
“Məsələ burasındadır ki, ABŞ-da fonda köçürdüyün vəsait qədər vergilərdən azad olunursan. Ancaq pulun başqa məqsədlər üçün xərcləndiyi ortaya çıxsa, ABŞ-dakı ermənilərin vergi orqanları ilə problemləri olacaq. Hazırda prezident Sarkisyan Paşinyandan pulu geri qaytarmasını tələb edib”/Report.
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir