Rusiya və Türkiyə XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

img

29-12-2020 [14:53]


Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

Məlumata görə, imzalanma Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında baş tutub.

Toplantının yekununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Rusiya və Türkiyə XİN-ləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planını imzalayıblar.

Toplantının yekunu ilə bağlı nazirlər mətbuat nümayəndələri üçün brifinq keçirirlər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR