İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

img

28-12-2020 [14:29]


İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Məlumaat görə, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Əzimov Rüstəm Ağaşirin oğlunun üzərindən ayrı-ayrı bağlamalarda ümumilikdə 6,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, ümumilikdə 0,330 qram çəkidə narkotik vasitə olan heroin və ümumilikdə 0,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA