Sevinc gətirən hədiyyə... - Sevindik Nəsiboğlu kimdir? + FOTOLAR
26-12-2020 [22:23]
.. Deyim ki, ən cox hədiyyə verməyi xoşlayıram. Bu mənə sevinc gətirir. Ancaq hədiyyə almağın da başqa bir rövnəqi var. Kimdən alırsan, nə hədiyyə alırsan?!..
...Əzizimiz, Milli Ordumuzun baş leyenantı Cavid Səfərlinin Şəhidlik Zirvəsinə qovuşuq gününün 40 məclisindəydik. Qırx gün, qırx gecədir ki, onun qəhramanlıq dastanı yazılır, keçdiyi həyat və döyüş yolu çiyindaşlarının, idarəçisi olduğu “Sevimlilər”qrupunun, tələbə yoldaşlarının, müəllimlərinin, dostlarının, qohumlarının və tanıyan hər kəsin dilindən düşmür. Və o cümlədən, gənc yazar, istedadlı şair Sevindik Nəsiboğlunun!
Elə hüzr məclisində qəhrəman döyüşçümüzün əmisi Aqil müəllim Sevindik Nəsiboğlunun “ Kredo” qəzetində getmiş “Zəfərin sərkərdəsi- şəhid baş leytenant” məqaləsini və gənc yazar, şair-publisistin “ Dünyamsan Azərbaycan”, Hərdən uçmaq istəyirəm...”, “ Könüllərə yol gəzirəm” və “ Ulu Naxçıvanım” ədəbi-bədii kitablarını mənə təqdim etdi. Dedi ki, qələm dostun, ailəmizin əzizi Sevindik balamız bu kitabları Sizə göndərib. Çox məmnun oldum! Ulu Tanrı gənc istedadları, yaxşı insanları, qəlbi-ruhu xeyrxahlığa köklənmiş əməl sahiblərini və SEVİNDİK NƏSİBOĞLU balamızı qorusun!
Əliyev Sevindik Nəsib oğlu kimdir?
26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olub. Əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindəndir. Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbin 7-cı sinfində oxuyur, dərs əlaçısıdır. Kompüter proqramları üzrə mükəmməl bilgiyə malikdir. Vikipediya vasitəsi ilə Azərbaycanımızın keçmişi, bugünü, tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri barədə önəmli məlumatlar toplamışdır. 300-dən artıq şeri mətbuatda işıq üzü görüb. 2017-ciildə “ Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “ Gənc istedad” fəxri diplomuna, 2019-cu ildə “Asiya Fakt” İnformasiya Agentliyinin “ Sizi tanıyaq” layihəsində iştitakına görə uşaqlar arasında “ Ən yaxşı yazar”, ”İlin şagirdi” diplamlarına və “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində seçilən yerə layiq görülmüşdür.” Kredo” qəzetinin əməkdaşıdır və ölkənin ən gənc ədəbiyyat adamı, yazardır.
... Kitab hədiyyələrinə, şəhid Cavidimiz barədə apardığı tədqiqat məqalələrə görə Sevindik dostuma, əziz və istedadlı balamıza ürəkdən təşəkkür edirəm! Çox sevindim! Əziz Sevindik Nəsiboğlu, qaldı ki, o gözəl şerlərinizi oxumaq, rəyimi bildirmək, o da məndən Sizə bir hədiyyə olar. Özünü qoru, dərslərində mükəmməl ol və bir də o gözəl valideynlərinə bizim və dağma İmişlilərin sevgi dolu salamlarını çatdır...
...Kitabının birinə ad qoymusa” Könüllərə yol gəzirəm”, Siz artıq könüllərdə, qəlblərdəsiniz, yaşa dolduqca qəlb-məkanda da yeriniz boy atacaq, istedadınız üzünüzə bütün qapıları açacaq,inşallah...
Səxavət Tağlar,
Əməkdar müəllim.



MİA.AZ
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub