Bərdədə karantin postunda COVİD-19 xəstəsi saxlanıldı

img

24-12-2020 [16:37]


Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, rayon ərazisində qurulmuş stasionar postda koronavirus pandemiyasına yoluxmuş rayonun Otuzikilər kənd sakini Ə.Allahverdiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.

M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA